Tbilisidə Sibir xorasına yoluxma faktı qeydə alınıb

Tbilisidə Sibir xorasına yoluxma faktı qeydə alınıb
# 30 iyul 2018 19:55 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Sibir xorasına yoluxma halı qeydə alınıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yoluxmaya səbəb şəhər bazarlarının birindən alınmış ət səbəb olub.

Gürcüstanın Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinin məlumatına əsasən, xəstəliyə yoluxmuş şəxsin vəziyyəti stabildir və onun həyatı təhlükədə deyil.

Gürcüstanın Qida Agentliyi yoluxmuş şəxsin yaşadığı ev və ətin alındığı obyektdə müvafiq tədbirlər həyata keçirib. Agentlik hazırda xəstəliyin yayılma mənbəyinin tam dəqiqləşdirilməsi üçün iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR