Ceyhun Bayramov: "Beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yerinin çox yüksək olmaması tənqidlərə səbəb olur"

Ceyhun Bayramov: "Beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yerinin çox yüksək olmaması tənqidlərə səbəb olur"
# 18 dekabr 2019 13:48 (UTC +04:00)

"Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu, bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması həmin qiymətləndirmələrdə iştirak etməmək üçün əsas kimi gətirilə bilməz". APA-nın məlumatına görə, bunu "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrə bütün ölkələr iştirak etmir: "Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər. Bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada bir cəsarət tələb edir. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır. Əsas məqamlardan biri də bizim milli qiymətləndirmələrimizlə beynəlxalq qiymətləndirmə standartları arasında olan fərqlərdir. Bu istiqamət üstə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir". Nazir qeyd edib ki, əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxundan Azərbaycanda təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR