Müslüm Maqomayevin xatirəsi yad edilib

Müslüm Maqomayevin xatirəsi yad edilib
# 25 oktyabr 2017 10:49 (UTC +04:00)

Fəxri Xiyabanda Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsi yad edilib.

APA-nın məlumatına görə, mərasimə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Müslüm Maqomayevin sənət dostları və ictimai xadimlər qatılıblar.

Ədalət Vəliyev Müslüm Maqomayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb, onu böyük sənətkar, unudulmaz insan kimi qiymətləndirib. O qeyd edib ki, M. Maqomayev harada olmasından asılı olmayaraq, Azərbaycan musiqisini hər zaman uca tutub: "O, həm Azərbaycan bəstəkarlarını, həm dünya musiqisinin incilərini dünyanın möhtəşəm konsert zallarında ifa edib. Müslüm Maqomayev Azərbaycan musiqisinə şərəf və şöhrət gətirdi. Ölümündən sonra Bakıda onun adına musiqi məktəbi verilib. Müslüm Maqomayev Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaq".


Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, xalq artistləri Eldar Quliyev və Fərhad Xəlilov Müslüm Maqomayevlə bağlı xatirələrini danışıb, onun dünya musiqi xəzinəsinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. 966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və populyarlıq qazanıb
.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR