Hacıqabul sakinindən narkotik vasitə götürülüb

Hacıqabul sakinindən narkotik vasitə götürülüb
# 29 mart 2018 08:17 (UTC +04:00)

Hacıqabulda əvvəllər məhkum olunmuş şəxsdən narkotik vasitə olan tiryək götürülüb.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Teymurov Yaşar Müxtəsər oğlu polis tərəfindən şübhəli şəxs qismidə saxlanılıb. Üzərinə baxış zamanı 49 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR