Samuxda orta məktəbdə tüstülənmə olub

Samuxda orta məktəbdə tüstülənmə olub
# 01 mart 2019 12:27 (UTC +04:00)

Samuxda orta məktəb binasında tüstülənmə olub.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Samux rayonunda Tatlı kənd ümumi orta məktəbin binasında yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR