Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
# 06 fevral 2020 15:52 (UTC +04:00)

Beyləqanda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 m² olan birmərtəbəli binada 1 otağın yanar konstruksiyaları və dam örtüyü 25 m² sahədə və bitişik, taxta konstruksiyalardan ibarət tikili 25 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR