"YUĞ” Teatrında “Quş dili” tamaşasının premyerası keçiriləcək

"YUĞ” Teatrında “Quş dili” tamaşasının premyerası keçiriləcək
# 06 dekabr 2017 15:03 (UTC +04:00)

Dekabrın 7-də “YUĞ” Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.

Səhnə əsərində əməkdar artist Yaqut Paşazadə, "Humay" mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR