Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısı alınıb
# 06 mart 2017 07:30 (UTC +04:00)

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yük yerində avtomobilin yanacaq çəni kimi quraşdırılan qaz balonu şübhə doğurduğundan nəqliyyat vasitəsi HCVG rentgen aparatı ilə yoxlamaya yönləndirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Belə ki, HCVG rentgen aparatı ilə yoxlama zamanı qaz balonunun içərisindən gömrük nəzarətindən gizlədilən 16800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR