Bakıda tütün məmulatlarının istehsalı 52% azalıb

Bakıda tütün məmulatlarının istehsalı 52% azalıb
# 04 dekabr 2017 09:49 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 350,6 mln. manat dəyərində məhsul istehsal edilib.

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,1%, içki istehsalında 18,4% artım, tütün məmulatlarının istehsalında isə 51,9% azalma müşahidə olunub.


Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 76,3%, pendir və kəsmik istehsalı 2,1 dəfə, qablaşdırılmış çay istehsalı 2,2%, şirin peçenye istehsalı 2,4 dəfə, insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,3%, pivə istehsalı 2,5 dəfə, alkoqolsuz içkilərin istehsalı 7,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR