Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb”

Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb”
# 27 fevral 2017 11:55 (UTC +04:00)

“Ermənistanın baş naziri ilə görüşdə Abxaziya dəmir yolunun açılması barədə söhbət olmayıb”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. “Bu, müxalifətin fikirləridir və yalan məlumatdır. Abxaziya dəmir yolunun açılışı haqqında Ermənistanın baş naziri ilə danışıqlar aparılmayıb. Bu, sadəcə olaraq müxalifətin ittihamlarıdır”, - deyə o, söyləyib.


Qeyd edək ki, bu günlərdə Ermənistan baş nazirinin Gürcüstana səfəri çərçivəsində Abxaziya dəmir yolunun bərpası barədə məsələnin müzakirə olunacağı haqda fikirlər səsləndirilmişdi. K. Kaladze isə belə bir mövzuda müzakirə aparılmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR