Soçidə evdə baş vermiş yanğında 8 nəfər ölüb

Soçidə evdə baş vermiş yanğında 8 nəfər ölüb
# 30 iyul 2018 09:05 (UTC +04:00)

Rusiyanın Soçi şərində taxtadan tikilmiş ikimərtəbəli yaşayış evində yanğın baş verib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb.

Biri uşaq olmaqla, daha 3 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

300 kvadrat metr ərazini əhatə edən yanğın söndürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR