“Xarici vətəndaşlara övladlığa uşaq verilməyib. Bu dövrdə verilən bütün uşaqlar ailəli şəxslərə verilib”.
APA xəbər verir ki, bunu ötən ilin yekunları və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov bildirib. Onun sözlərinə görə, lakin subay şəxslər və xarici vətəndaşlar da övladlığa götürmə ilə bağlı müraciət edə bilərlər:
“Biz monitorinqlər aparıb, onların vəziyyətləri ilə daim maraqlanırıq. Uşaqların geri alınması faktı olmayıb”.
Çingiz Səfərli