Bank Of Baku

Vəzifələrini yerinə yetirməyən idman mərc oyunlarının operatorları cərimələnəcək 

Vəzifələrini yerinə yetirməyən idman mərc oyunlarının operatorları cərimələnəcək 
# 19 dekabr 2021 18:09 (UTC +04:00)

İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə cərimə müəyyənləşər.
APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanun ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR