QDİƏT vitse-prezidenti: “Bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”

QDİƏT vitse-prezidenti: “Bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”
# 11 aprel 2018 18:54 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asəf Hacıyev bildirib ki, Azərbaycanda seçkilər son dərəcə demokratik, şəffaf şəraitdə həyata keçirilib. O, “exit-poll”un nəticələrinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin 83 faiz səs topladığını və prezident seçildiyini diqqətə çatdırıb: “Bu, gələcəyimizə və inkişafa verilən səsdir”.

Təşkilatın vitse-prezidenti Piter Kanev deyib ki, ilk dəfə Azərbaycanda seçkiləri 12 il əvvəl müşahidə edib: “Əminliklə deyə bilərəm ki, o vaxtdan indiyədək Azərbaycanda seçki sistemi ilə bağlı bir çox işlər görülüb və dəyişikliklər həyata keçirilib. Seçkilərin şəffaf keçirilməsi üçün bu dəfə də bütün zəruri işlər görülüb”.

Yunanıstan parlamentinin üzvü Simyon Kedikoğlu iki ölkə arasında uğurlu münasibətin olduğunu diqqətə çatdırıb və əlavə edib ki, Azərbaycanda böyük inkişaf mövcuddur: “Seçki ilə bağlı deyə bilərəm ki, bizim baş çəkdiyimiz məntəqələrin hamısında siyasi partiyaların nümayəndələrinin müşahidə apardığını gördük. Biz onlarla söhbət etdik. Heç birinin seçki prosesi ilə bağlı şikayəti, mənfi rəyi yox idi. Bir məsələni qeyd edim ki, olduqca çox sayda gənc insanların səs verdiyinin şahidi oldum. Mən Yunanıstanda da bu qədər gəncin səsverməyə getməsini müşahidə etmək istərdim. Onu da deyim ki, “exit-poll” keçirilməsi demokratik seçki prosesi baxımından çox önəmli addımdır”.

Təşkilatın vitse-prezidenti Otar Daneliya seçki məntəqələrindəki fəallığın yüksək olduğunu deyib. O, prosesdə heç bir pozuntu ilə qarşılaşmadığını xüsusi vurğulayıb: “Nəzərinizə çatdırım ki, bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”.

Çıxış edən digərləri də məntəqələrdə pozuntuya şahid olmadıqlarını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR