Kanadanın Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Kanadanın Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 19 iyul 2018 18:26 (UTC +04:00)

Kanadanın Britaniya Kolumbiyası əyalətinin bəzi bölgələrində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

APA-nın CBC telekanalına istinadən verdiyi xəbərə görə, meşə yanğınları 200 hektara yaxın meşə sahəsini məhv edib.

Bölgədə bir sıra avtomobil yolları bağlanıb, yerli hökumət tərəfindən onlarla yaşayış evi və kempinqlərin təxliyəsinə dair sərəncam verilib.

Yanğına quru və isti hava şəraitində qəflətən baş verən tufan səbəb olub. İndiyədək bölgədə 40 yanğın ocağı qeydə alınıb, onlardan 9-u güclü yanğına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR