“Təmiz Şəhər” Belçikada Azərbaycan barədə təqdimat edib - FOTOSESSİYA

 “Təmiz Şəhər” Belçikada Azərbaycan barədə təqdimat edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 sentyabr 2015 13:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sentyabrın 7-9 tarixlərində Belçikada Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə edilməsi sahəsində illik Dünya Konqresi keçirilib.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, konqresdə tanınmış beynəlxalq məruzəçilər, bütün dünya üzrə bu sahədə siyasəti müəyyən edən müxtəlif qurumların nümayəndələri bir araya gələrək tullantıların idarə edilməsi sektorunda son elmi və texnoloji nailiyyətlərə dair bilik və təcrübə mübadiləsi aparıblar.

Logistikaya həsr edilmiş sessiyada “Azərbaycanda tullantıların çeşidlənmiş və innovativ yolla toplanılması prosesində logistikanın optimallaşdırılması: “Təmiz Şəhər” ASC-nin nümunəsi” mövzusunda təqdimatla qurumun nümayəndəsi Oqtay Məmmədov çıxış edərək ölkəmizdə görülən işlər haqqında danışıb. O, bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan ASC 2009-cu ildən etibarən Azərbaycanda tullantıların idarə edilməsi sahəsində ciddi işlər görüb. Oqtay Məmmədov Bakıda qurulan tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarının fəaliyyətini xüsusi vurğulayıb. “Bu zavodlarda tullantı çeşidlənərək təkrar emala yönəldilir, həmçinin, yandırılaraq ondan elektrik enerjisi alınır”, - deyə O.Məmmədov qeyd edib.

Təkrar emal sahəsinin inkişafı istiqamətində dövlətin yaratdığı şəraitə diqqət çəkən ASC nümayəndəsi bildirib ki, Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək şirkətlər üçün hər bir imkan təklif olunur, həmçinin, həmin şirkətlər 7 il müddətinə müxtəlif növ vergilərdən azaddırlar. Artıq 3 şirkət parkın rezidentidir və hazırda burada işləmək istəyən digər şirkətlərin müraciətlərinə baxılır.

O. Məmmədov Bakının Qala qəsəbəsində həyata keçirilən pilot layihə barədə danışaraq bildirib ki, “Təmiz Qala” layihəsi çərçivəsində burada tullantıların toplanması və daşınması işlərini görən cəmiyyət logistikanın optimallaşdırılması üzrə xeyli yeniliklər edib. Cəmiyyətin qurduğu və nəzarət etdiyi naviqasiya və GPRS sistemləri sayəsində bu qəsəbədə tullantıların toplanması və daşınması son texnologiyalarla ən yüksək səviyyədə həyata keçirilir.

Konqres çərçivəsində tədbirin təşkil olunduğu Antverpen şəhəri və onun yaxınlığında yerləşən bərk məişət tullantılarının idarə edilməsi sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrə məlumat turları təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR