“Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, monitorinqlər həmçinin təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq”.