Jan Klod Yunker: "Aİ və Avropa Komissiyası sədrlərinin vəzifələri birləşdirilməlidir"

Jan Klod Yunker: "Aİ və Avropa Komissiyası sədrlərinin vəzifələri birləşdirilməlidir"
# 13 sentyabr 2017 14:28 (UTC +04:00)

“Avropa İttifaqı Şurası və Avropa Komissiyası sədrlərinin funksiyaları birləşsə, Avropa İttifaqının effektivliyi artar”.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa Parlamentinin bugünkü iclasında çıxış edib.

“Bu təklif məmnuniyyətlə, sıx və qarşılıqlı əməkdaşlıq şəraitində birgə işlədiyim dostum Donald Tuska yönəlik deyil. Bu təklifin nə mənə, nə də ona aidiyyəti var”, - deyə o bildirib.

Yunker qeyd edib ki, Avropa gəmisi bir kapitan tərəfindən idarə olunarsa, Avropanın mənzərəsi daha aydın olar: “Avropa İttifaqının icra hakimiyyətinə bir nəfərin rəhbərlik etməsi İttifaqın eyni anda həm dövlətlərin, həm də vətəndaşların birliyi kimi əsl mahiyyətinə daha yaxşı təsir göstərmiş olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR