Bakıda kişi qadının üstünə kerosin tökərək yandırıb

Bakıda kişi qadının üstünə kerosin tökərək yandırıb
# 23 fevral 2019 13:46 (UTC +04:00)

Bakıda kişi tanışını yandırıb.

ONA-nın məlumatına görə, paytaxtın Xətai rayonu, Nobel prospektində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 41 yaşlı Rübabə Nuriyeva xəstəxanaya çatdırılıb.

Araşdırmalarla hadisəni R. Nuriyevanın tanışı, 33 yaşlı Qabil Əliyevin törətdiyi müəyyənləşib. Məlum olub ki, o, qadının üstünə kerosin tökərək od vurub. Hadisədən sonra qaçıb gizlənən şəxsi Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar.

Saxlanılan şəxs ifadəsində hadisə zamanı özünün və qadının sərxoş olduğunu, bu səbəbdən heç nə xatırlamadığını deyib.

Faktla bağlı araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR