Zəlzələ səbəbindən "Transneft" Azərbaycandan nəqli dayandırıb

Zəlzələ səbəbindən "Transneft" Azərbaycandan nəqli dayandırıb
# 16 noyabr 2017 09:05 (UTC +04:00)

Ötən gün Dağıstan ərazisində baş verən zəlzələ səbəbindən "Transneft" şirkəti Azərbaycandan neft nəqlini dayandırıb.

"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib.

Onun sözlərinə görə, hazırda Bakı-Novorossiysk neft kəmərində tədqiqat işləri aparılır: "Hazırda Bakı-Novorossiysk neft kəmərinin Şirvan hissəsində (Azərbaycan sərhədindən Kaspiysk rayonunadək olan hissə) yoxlama işləri aparılır".

Onun sözlərinə görə, hazırda bütün limanlarda hava şəraiti əlverişlidir, tankerlərin hərəkət qrafikində gecikmə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR