Rusiyanın Suriyadakı səfirliyi yenidən atəşə tutulub

Rusiyanın Suriyadakı səfirliyi yenidən atəşə tutulub
# 29 dekabr 2016 19:32 (UTC +04:00)

Rusiyanın Suriyadakı səfirliyi günün ikinci yarısında yenidən atəşə tutulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Mariya Zaxarova bildirib.

Məlumata görə, atəş Dəməşqin silahlıların nəzarətində olan hissəsindən açılıb. Atılan mina səfirliyin ərazisində, konsulluq şöbəsinin girişinin qarşısında partlayıb. Partlayış nəticəsində binaya müəyyən zərər dəyib, xəsarət alan olmayıb.

“Səfirliyə növbəti hücum yolverilməzdir və bu hadisə qəti pislənməlidir”, - deyə Zaxarova bildirib. O, qeyd edib ki, ekstremistlərin bu gün əldə olunan atəşkəs rejimini pozmasına imkan vermək olmaz.

Qeyd edək ki, Rusiyanın Suriyadakı səfirliyi ötən gün də atəşə tutulub. Səfirliyin binasına atılan iki mərmi partlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR