Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35-ə çatıb

Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35-ə çatıb
# 16 oktyabr 2017 19:03 (UTC +04:00)

Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 7 nəfər itkin düşmüş hesab edilir.

Məlumata görə, ölkədə ümummilli matəm elan ediləcək.

Hazırda bölgədə 50 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 4 minə yaxın yanğınsöndürən cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR