Avstriya Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını istəyir

Avstriya Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını istəyir
# 30 dekabr 2016 13:04 (UTC +04:00)

Avstriya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının yumşaldılmasına nail olmaq istəyir.

APA-nın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bunu Avstriyan xarici işlər naziri Sebastyan Kurts deyib.


“Biz Avropada etimadın bərpasına nail olmalıyıq və cəza sisteminə görə sanksiya yolundan təşviq sisteminin yaradılması yoluna keçməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, bu ilin yay aylarında Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer da oxşar açıqlama verib. Onu da əlavə edək ki, 2017-ci ilin əvvəlindən ATƏT-ə Avstriya sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR