Bank Of Baku

“Reyncers”in əfsanəsi vəfat edib

“Reyncers”in əfsanəsi vəfat edib
# 23 avqust 2021 09:58 (UTC +04:00)

“Nyu-York Reyncers”in əfsanəvi hokkeyçisi Rod Jilber vəfat edib.

Apasport.az saytının məlumatına görə, sabiq hücumçu 80 yaşında ölüb.

O, 1982-ci ildən Milli Hokkey Liqasının Şöhrət Zalının üzvüdür. Jilber “Nyu-York Reyncers”in tarixində müntəzəm çempionatlarda ən məhsuldar oyunçusu (406 qol) və ən yaxşı bombardiridir (1021 xal, 406+615).

O, 1961-78-ci illərdə bu klubun formasını geyinib. 18 mövsüm ərzində yalnız bir klubda çıxış edən hokkeyçi 1065 oyunda iştirak edib. O, Stenli kubokundakı 79 matçda 67 (34+33) xal toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR