Masallıda qətl törədilib

Masallıda qətl törədilib
# 02 avqust 2017 07:58 (UTC +04:00)

Masallı sakini bıçaqlanaraq qətlə yetirilib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Şatroba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan T. Quliyev hadisə yerində ölüb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR