Ukraynada Azərbaycan dərman şirkətinə məxsus yükün oğurlanması ilə bağlı Baş prokuror Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib

Ukraynada Azərbaycan dərman şirkətinə məxsus yükün oğurlanması ilə bağlı Baş prokuror Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edib
# 13 aprel 2017 11:53 (UTC +04:00)

Azərbaycan Baş prokuroru Zakir Qaralov Ukrayna Baş prokuroru Yuriy Lutsenkoya bu ölkə ərazisində ölkəsinə məxsus “Epidbiomed” tibbi şirkətinin yükünün oğurlanması ilə bağlı müraciət edib. Şirkətdən APA-ya bildirilib ki, müraciət onların Azərbaycan Baş Prokuroruna müraciəti əsasında olub və artıq Ukrayna Baş Prokurorluğundan onlara cavab da verilib.

“Cavabda hadisənin nəzarətə götürüldüyü, Ukrayna qanunvericiliyinə uyğun olaraq araşdırma aparıldığı bildirilsə də hadisədən uzun zaman keçməsinə baxmayaraq heç bir nəticə hələ də yoxdur. Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) tərəfindən biz də daxil olmaqla zərərçəkən 8 Azərbaycan şirkəti tərəfindən Azərbaycan İş Adamlarının Hüquqlarının Müdafiə Komitəsi yaradılıb, komitənin Baş Prokurorla görüşü nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Avstriyadan Bakıya gələrkən Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan başqa son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb, hüquq mühafizə orqanlarına müraciət olunmasına baxmayaraq heç bir hüquqi tədbir görülməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR