ABŞ və Türkiyə Mənbic üzrə razılığa gələ bilməyiblər

ABŞ və Türkiyə Mənbic üzrə razılığa gələ bilməyiblər
# 21 mart 2018 02:56 (UTC +04:00)

ABŞ və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

“Razılaşmaya nail olunmayıb”, - deyə X.Nauert jurnalistlərə bildirib.

Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR