Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub
# 29 oktyabr 2016 07:42 (UTC +04:00)

Dünən günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu baş verib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

“Dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddət ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR