“Samuray” ləqəbli Gəncə sakinindən narkotik və avtomat götürülüb

“Samuray” ləqəbli Gəncə sakinindən narkotik və avtomat götürülüb
# 04 aprel 2018 15:27 (UTC +04:00)

Gəncə sakinindən narkotik və odlu silah götürülüb.

APA-nın verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 45 yaşlı şəhər sakini Axundov Həmid Arif oğlu saxlanılıb. Kəpəz rayon Polis İdarəsində baxış zamanı onun üzərindən 64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan sonra həmin gün Həmid Axundovun yaşadığı Gəncə şəhər Zülfi Hacıyev küçəsi ev 56 ünvanına keçirilən baxış zamanı mənzildə onun qanunsuz olaraq idman çantasının içərisində saxladığı 1565 qram qurudulmuş marixuana və bir ədəd AK-74 markalı “Kalaşnikov” avtomatı, ona aid 30 ədəd 5,45 kalibirli patronun olduğu sandıqça aşkar olunub.

Həmid Axundovun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cinayət işi başlanıb. Kəpəz rayon məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxs Gəncədə “Samuray” ləqəbi ilə tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR