BDU-nun nümayəndə heyəti Gürcüstana səfər edəcək

BDU-nun nümayəndə heyəti Gürcüstana səfər edəcək
# 02 fevral 2018 08:17 (UTC +04:00)

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, nümayəndə heyəti İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubileyi ilə əlaqədar 8-9 fevral tarixində keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək.

Ali məktəbin yubiley tədbirlərinə digər xarici ölkələrin nüfuzlu universitetlərinin nümayəndələri də qatılacaq.

Qeyd edək ki, Qafqazın ilk milli universiteti olan TDU 1918-ci ilin fevralın 8-də fəaliyyətə başlayıb. 1989-cu ildə ali məktəbə onun qurucusu olan tarixçi və akademik İvane Cavaxişvilinin adı verilib. 22 mindən çox tələbənin təhsil aldığı ali məktəbdə 7 fakultə var.
TDU-nun 100 illiyi UNESCO-nun bu ilki tədbirlər təqviminə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR