Bu ilin sonunda Ələt Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatı prosesinə başlanılacaq

Bu ilin sonunda Ələt Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatı prosesinə başlanılacaq
# 16 mart 2018 08:48 (UTC +04:00)

"Bu ilin sonuna Ələt Azad Ticarət Zonasında şirkətlərin qeydiyyatdan keçirilməsinə başlanacaq".

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

T. Ziyadovun sözlərinə görə, hazırda Milli Məclisdə bununla bağlı qanun layihəsi müzakirə olunur və artıq sənəd ikinci oxunuşdan keçib.

"Qanunvericilik üçüncü oxunuşdan da keçdiyi halda bu ilin sonunda şirkətlərin qeydiyyatı prosesinə başlanılacaq",- deyə baş direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR