Gürcüstanda bələdiyyə seçkilərini 600 beynəlxalq müşahidəçi izləyəcək

Gürcüstanda bələdiyyə seçkilərini 600 beynəlxalq müşahidəçi izləyəcək
# 18 oktyabr 2017 13:04 (UTC +04:00)

Gürcüstanda yerli idarəetmə orqanlarına keçiriləcək seçkiləri 20 minə yaxın yerli və 600 beynəlxalq müşahidəçi izləyəcək.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze deyib.

Onun sözlərinə görə, MSK-da seçkilərin müşahidəsi üçün 71 yerli, 30 beynəlxalq və 74 yerli və xarici KİV qeydiyyata alınıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də Gürcüstandakı seçkiləri müşahidə edəcək. Seçkilər oktyabrın 21-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR