Bu il Bakıda benzin və dizel istehsalı artıb

Bu il Bakıda benzin və dizel istehsalı artıb
# 04 iyun 2018 12:22 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 mln. manat olub.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,3% artım deməkdir.

Bu ilin dörd ayında neft məhsullarından avtomobil benzininin istehsalı 0,1% artaraq 414,4 min ton təşkil edib. Bu müddət ərzində ağ neftin istehsalı 4,1% azalaraq 191,6 min ton olub.

Yanvar-aprel aylarında paytaxtda yanacaq mazutunun istehsalı 89,8% azalaraq 23,5 min ton olub. Bu müddət ərzində sürtgü yağlarının istehsalı 91,8% artaraq 14 min ton olub.

Bu ilin dörd ayında paytaxtda dizel yanacağının istehsalı 6,8% artaraq 667,8 min ton, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 6,8% artaraq 73,5 min ton, neft bitumunun istehsalı 2,1 dəfə artaraq 85,1 min ton olub.

Bu ilin yanvar-aprel aylarında neft koksunun istehsalı 45,9% artaraq 88,1 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR