İqtisad Universitetinin 600 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

İqtisad Universitetinin 600 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb
# 27 iyul 2018 07:49 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 9-na təyin edilib.

Şikayətdə V. Osmanlıya bəraət verilməsi istənilir.

Qeyd edək ki, V. Osmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, V. Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, dollar mübadiləsi adı altında onların ümumilikdə 607 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

V. Osmanlı Azərbaycan İqtisad Universitetində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR