ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələrinin ən genişmiqyaslı təlimlərinə başlayıb

ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələrinin ən genişmiqyaslı təlimlərinə başlayıb
# 04 dekabr 2017 04:40 (UTC +04:00)

ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də ən genişmiqyaslı birgə təlimlərə başlayıb. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək.

Məlumata görə, təlimlərə 12 000 hərbçi və 230-dan çox hərbi texnika cəlb edilib.

ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-larının döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirilməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR