Türkiyə səfiri: “Afrindəki əməliyyat kürdlərə qarşı yönəlməyib”

Türkiyə səfiri: “Afrindəki əməliyyat kürdlərə qarşı yönəlməyib”
# 25 yanvar 2018 12:21 (UTC +04:00)

“Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatlar kürdlərə qarşı yönəlməyib”.



APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında deyib.


Səfir bildirib ki, “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyə sərhədlərinin yaxınlığında təhdidlərin qarşısını almaqdır: “Bu əməliyyatlar beynəlxalq hüquq normalarına cavab verir. Hərbi əməliyyatlar terror təhlükəsi aradan qalxmayana qədər davam etdiriləcək. Bu əməliyyatlar həmçinin Suriyanın ərazi bütövlüyünün qorunmasına dəstəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR