Nazir Ramin Quluzadənin vətəndaş qəbulunun vaxtı dəyişib

Nazir Ramin Quluzadənin vətəndaş qəbulunun vaxtı dəyişib
# 04 aprel 2017 10:00 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallıda keçirəcəyi vətəndaş qəbulun vaxtı dəyişib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Masallı şəhərində aprelin 7-nə nəzərdə tutulan qəbulunun vaxtı aprelin 14-nə dəyişdirilib.

Həmin tarixdə saat 12:30-da R.Quluzadə Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlaya bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:

Masallı rayonunda 025 2153004

Lənkəran rayonunda 025 2554527

Astara rayonunda 025 2254242

Lerik rayonunda 025 2746088

Yardımlı rayonunda 025 2061055

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR