Sekuta: "Gender əsaslı zorakılığın qarşısının alınmasında Azərbaycanla əməkdaşlıqdan məmnunuq"

Sekuta: "Gender əsaslı zorakılığın qarşısının alınmasında Azərbaycanla əməkdaşlıqdan məmnunuq"
# 05 dekabr 2017 08:46 (UTC +04:00)

"ABŞ-ın Azərbaycandakı səfirliyi gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi, habelə qadınların bacarıqlarının gücləndirilməsi istiqamətində Azərbaycanlılarla əməkdaşlıqdan məmnundur”.

APA-nın xəbərinə görə, bunu ABŞ səfiri Robert Sekuta deyib. O bildirib ki, ABŞ-ın Azərbaycanda həyata keçirdiyi proqramlar qadınlar üçün iqtisadi imkanların genişləndirilməsi və onların biznes, icmalarda liderliklərinin təmin olunmasına köməklik göstərməklə yanaşı, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində də aktiv iştiraklarını gücləndirir: “Getdiyimiz yolun sonuna hələ çox var, amma bu yolla davam edəcəyik. Gender əsaslı zorakılığa son qoymaq yalnız doğru addım deyil, həmçinin ağıllı yanaşmadır. Heç kim kənarda qalmasın. Qızlara və qadınlara qarşı zorakılığa son deyək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR