Rusiyanın iqtisadi inkişaf naziri barəsində ev dustaqlığı qərarı verilib

Rusiyanın iqtisadi inkişaf naziri barəsində ev dustaqlığı qərarı verilib
# 15 noyabr 2016 20:40 (UTC +04:00)

Moskvanın Basman Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ev dustaqlığının müddəti yanvarın 15-dək müəyyən edilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundn əvvəl Aleksey Ulyukayevi etimadı itirdiyinə görə iqtisadi inkişaf naziri vəzifəsindən azad edib.

Qeyd edək ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in səhm paketinin alınmasına müsbət rəy üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR