Azərbaycan Gürcüstana 20 min tondan çox yanacaq ixrac edib

Azərbaycan Gürcüstana 20 min tondan çox yanacaq ixrac edib
# 09 may 2018 07:46 (UTC +04:00)

Ötən ay Gürcüstan Azərbaycandan 20,9 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, aprel ayında qonşu ölkənin neft məhsulları idxalının 23,9%-i Azərbaycanın payına düşüb.

Ötən ay Gürcüstan ümumilikdə 87,3 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da mart ayı ilə müqayisədə 9,4 min ton azdır. İdxal olunmuş neft məhsullarının 37,6 min tonunu benzin, 49,7 min tonunu isə dizel yanacağı təşkil edib.

Azərbaycanla yanaşı, Gürcüstan ən çox Rumıniya (23,6 min ton), Rusiya (16,7 min ton), Türkmənistan (12,4 min ton), Bolqarıstan (9,1 min ton) və Yunanıstandan (4,4 min ton) neft məhsulları idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR