İranda “Telegram” messencerinin yaradıcısına qarşı cinayət işi başlayıb

İranda “Telegram” messencerinin yaradıcısına qarşı cinayət işi başlayıb
# 27 sentyabr 2017 04:58 (UTC +04:00)

İranda “Telegram” messencerinin yaradıcısı Pavel Durova qarşı cinayət işi başlayıb. APA-nın ISNA agentliyinə istinadən verdiyi xəbərə görə, Tehran prokuroru Abbas Cəfəri bildirib ki, “Telegram” messencerinin İŞİD üzvləri arasında geniş istifadə olunması cinayət işinin başlanmasına səbəb olub. Bu sosial şəbəkədən cinayətlərin təşkili zamanı da geniş istifadə edildiyi qeyd olunur.

““Telegram” şəbəkəsi yalnız terrorçulara xidmətlər göstərir, o, həmçinin, narkotiklərin qaçaqmalçılığı və insan alverində də xidmətlər göstərir”, deyə baş prokuror bildirib.

Pavel Durov ona qarşı cinayət işinin başqa səbəblərdən başlandığını bildirib: “Biz, əksinə, İranda terrorçuları və pornoqrafik kontentləri fəal şəkildə bloklayırıq. Düşünürəm real səbəblər başqadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR