İranda 7 yaşlı qızı öldürən şəxs edam olunub

İranda 7 yaşlı qızı öldürən şəxs edam olunub
# 20 sentyabr 2017 14:37 (UTC +04:00)

İranın Ərdəbil vilayətinin Parsabad şəhərində 7 yaşlı qızı öldürən şəxs yerli sakinlərin gözü qarşısında edam olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, Atina Aslanini öldürən 40 yaşlı İsmayıl Rəngrəz məhkəmənin hökmü ilə asılıb.

Qeyd edək ki, A. Aslani iyulun 19-da atasının işlədiyi dükana gedərkən itkin düşüb. 20 gün sonra onun cəsədi qatilin evinin ərazisində - avtomobil saxlanılan yerdə doğranmış vəziyyətdə tapılıb. Qatil cəsədi çəlləyin içərisində gizlədib.

Qatil 14 gün cinayəti inkar etsə də, sonradan cəsədin yerini göstərməyə razılıq verib.

İ. Rəngrəz edam olmamışdan öncə jurnalistlərə bildirib ki, azyaşlı qızı bilərəkdən öldürməyib. Qatil qıza təcavüz etdiyini inkar edib və barəsində çıxarılmış hökmü ədalətsiz adlandırıb.

Qeyd edək ki, İ. Rəngrəzin daha iki qadına təcavüz etdiyi istintaq dövründə üzə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR