"Qida qatqı maddələri”nin istifadəsi ilə əlaqədar qaydalar hazırlanır

"Qida qatqı maddələri”nin istifadəsi ilə əlaqədar qaydalar hazırlanır
# 28 noyabr 2019 16:33 (UTC +04:00)

"Dünya miqyasında Amerikanın FDA təşkilatının istifadəsinə icazə verdiyi qatqı maddələrinin sayı 2800-dür. Avropa Birliyində isə bu rəqəm 297-dir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Lamiyə Abbasova bildirib.

L. Abbasova qeyd edib ki, Azərbaycanda “Qida qatqı maddələri”nin istifadəsi ilə əlaqədar Agentlik tərəfindən normativ və qaydalar sənədi hazırlanır: "Bu sənəd təsdiq olunduqdan sonra ölkə üçün bu siyahı müəyyən olunacaq". AQTİ-nin mütəxəssisi bildirib ki, hazırda Səhiyyə Nazirliyinin 25 nömrəli əmri olan “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” adlı sanitariya-epidemioloji qaydalar və normativlər sənədi əsasında qida əlavələrinin idxalına icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR