Paytaxtda iki yük maşını toqquşub, xəsarət alan var

Paytaxtda iki yük maşını toqquşub, xəsarət alan var
# 02 fevral 2018 02:33 (UTC +04:00)

Bakının Nərimanov rayonunda ağır yol qəzası olub. APA-nın verdiyi xəbərə görə, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.

1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb "KamAZ"ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub.

Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR