Tovuzda qadını bıçaqlayan 17 yaşlı oğlan tutulub - YENİLƏNİB

Tovuzda qadını bıçaqlayan 17 yaşlı oğlan tutulub - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2017 07:49 (UTC +04:00)

Ötən gecə Tovuzda 40 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhərində İbrahim Hacılı kənd sakini, 1977-ci il təvəllüdlü Səbinə Kazımovanı bıçaqlayan şəxsin Qovlar sakini, 2000-ci il təvəllüdlü Rəşad Hüseynov olduğu məlum olub. R. Hüseynov saxlanılıb. Məlumata görə, R. Hüseynov qadının kürəkənini bıçaqlamaq istəyib. Bıçaq araya girən S. Kazımovaya dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

23:20

Tovuzda bıçaqlanma olub. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun İbrahim Hacılı kənd sakini, 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Məlumata görə, S.Kazımova kürəkəni ilə Qovlar şəhərində küçə ilə gedən zaman bir neçə naməlum şəxslə kürəkəni arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri qadının kürəkənini bıçaqlamaq istəyərkən, qadın bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR