Almaniya şirkətləri elektromobil istehsalına 60 milyard avro sərmayə qoyacaq

Almaniya şirkətləri elektromobil istehsalına 60 milyard avro sərmayə qoyacaq
# 03 mart 2019 15:55 (UTC +04:00)

Almaniyanın avtomobil şirkətləri elektrik mühərrikli avtomobil istehsalına böyük həcmdə sərmayə qoyacaq.

ONA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, bunu Alman Avtomobil Sənayesi Birliyinin sədri Bernhard Mattes bəyan edib.

B. Mattes qarşıdakı 3 il ərzində elektromobil sahəsinin inkişafına 40 milyard avro sərmayə qoyulacağını açıqlayıb. Əlavə olaraq 18 milyard avro bu sahədə rəqəmsallaşma və avtonom idarəetmə ilə əlaqədar xərclənəcək. Bu müddət ərzində Almaniyanın avtomobil şirkətləri istehsal edilən elektromobillərin sayını 3 dəfə artıraraq 100 modelə çatdırmağı qarşıya məqsəd qoyublar. B. Mattes qeyd edib ki, elektromobillər Avropada sürətlə yayılmağa başlayıb, başqa yolla Avropa İttifaqında atmosferə buraxılan karbondioksit qazının həcmini azaltmaq mümkün deyil. Alman Avtomobil Sənayesi Birliyinin sədri elektromobillərin bağlı infrastrukturun da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR