Gəncədə ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Gəncədə ölən piyadanın şəxsiyyəti müəyyənləşib  - <span style="color: red;">YENİLƏNİB
# 15 oktyabr 2017 21:05 (UTC +04:00)

Gəncədə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 1979-cu il təvəllüdlü Quliyev Elnur Oqtay oğlunu vurub.

Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

20:58

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.

Yolu keçmək istəyən 30-35 yaşlarında olan kişi “VAZ 2106” tərəfindən vurulub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yaralı yolda ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR