Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinsən “APA-Economics”ə verilən məlumata görə, “Tarix yazanlar, tarixdə yaşayanlar” adlı tədbir-sərgi Nazirliyinin şəhid əməkdaşlarına həsr olunub.
Mərasimdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış “Aztelekom” MMC-nin əməkdaşı polkovnik-leytenant Nail Orucov, “Azərpoçt” MMC-nin əməkdaşı baş leytenant Rəşad Rəhimov, “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşları – əsgər Şəhriyar Qasımov və Nurəhməd Ulubəyov, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı əsgər Elnur Qarayevin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətlərinə aid olan əşyalar, fotolar, sənədlər nümayiş etdirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, Nazirliyin və müvafiq qurumların əməkdaşları iştirak ediblər.
Sərgi 22 dekabra qədər davam edəcək.