Xaçmazda evdən 21 min manatlıq oğurluq olub

Xaçmazda evdən 21 min manatlıq oğurluq olub
# 17 dekabr 2019 11:02 (UTC +04:00)

Xaçmazda ev qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 21625 manat dəyərində məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Tofik Şeydayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evə qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir hissəsinin Bakı şəhərində dəyərindən ucuz qiymətə satan T.Şeydayev əldə etdiyi pulları xərclədiyini bildirib.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR