Azərbaycan Beynəlxalq Bankı depozitlərə bağlı yeni kampaniyaya başlayıb

Azərbaycan Beynəlxalq Bankı depozitlərə bağlı yeni kampaniyaya başlayıb
# 18 dekabr 2019 14:28 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankında depozitlərə +1% kampaniyasına start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankın elan etdiyi qış kampaniyası çərçivəsində bankda 50 000 manat və daha çox məbləğdə depozit yerləşdirən müştərilər mövcud faiz dərəcələrinə +1% əlavə qazanc əldə edəcəklər. Kampaniya gələn ilin yanvar 31-dək davam edəcək.

Azərbaycan Beynəlxalq Bankında depozitləri 12/24/36 ay müddətinə yerləşdirmək mümkündür. Faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək olar. Bankda depozit yerləşdirmiş müştərilərə məbləğ və müddətindən asılı olaraq plastik kart hədiyyə edilir, faiz gəlirləri kart hesabına köçürülür. Depozit yerləşdirmiş müştərilər nağd pula ehtiyac yarandığı zaman bankdan minimal faizlərlə kredit də əldə edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş depozitlər sığortalanır. Depoziti bankın bütün filial və şöbələrində yerləşdirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR